Dünya

“Putin sülh planlaşdırmır” – Stoltenberq

"Biz Ukraynaya dəstəyimizi davam etdirməli və gücləndirməliyik".

bunu NATO Baş katibi Yens Stoltenberq Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
“Putin sülh planlaşdırmır. O, daha çox müharibələr, yeni hücumlar planlaşdırır. Onun ambisiyalarını dəyişməsinə dair heç bir əlamət yoxdur”, – deyə Baş katib vurğulayıb.
Stoltenberq deyib ki, Rusiya yüz minlərlə əsgəri səfərbər edir:

“Rusiya daha çox silah əldə etmək üçün İran və Şimali Koreya kimi digər avtoritar rejimlərə müraciət edir.
Biz Ukraynanın Avropada suveren, müstəqil dövlət kimi qalib gəlməsi üçün ona lazım olanı verməliyik.
Bəzən bizim Ukraynaya dəstəyimizin eskalasiyaya səbəb ola biləcəyindən narahat olurlar.
Bir məsələ aydındır ki, risksiz seçim yoxdur. Ancaq ən böyük risk Putinin qalib gəlməsidir.
Əgər Putin Ukraynada qalib gəlsə, ona və digər avtoritar liderlərə mesaj ondan ibarət olacaq ki, onlar istədiklərini əldə etmək üçün güc tətbiq edə bilərlər. Bu isə dünya üçün təhlükəlidir.
Ukraynanı dəstəkləmək təkcə mənəvi deyil, həm də bizim təhlükəsizlik maraqlarımıza uyğundur”, – deyə Stoltenberq vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button