
Bunu Amerikanın BMT-dəki keçmiş səfiri Nikki Heyli özünün X sosial şəbəkəsində yazıb.
“Rusiya Ukraynanın girov götürülməsində istifadə etmək üçün İrandan pilotsuz təyyarələr və ballistik raketlər alıb”,- o, qeyd edib.
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov Heylinin sözlərini “qəribə” adlandırıb:
“O bilməlidir ki, Amerika və İrana ortaq dil tapmağa kömək etmək üçün vasitəçilik xidmətlərinin göstərilməsinin Ukraynadakı vəziyyət və ya onun ətrafındakı hadisələrlə heç bir əlaqəsi yoxdur”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Amerika Prezidenti Donald Trampla telefon danışığında, ölkəsinin Vaşinqton-Tehran arasında aparılan müzakirələrdə rol oynamağa hazır olduğunu bildirib.