Bu barədə əyalətin Avtomobil Yolları və Nəqliyyatı Baş direktoru İrəc Dəstnişan məlumat verib.
O, bununla yanaşı adı çəkilən bölgələrdə ən azı 80 kəndin yolunun bağlandığını və ətraf aləmdən təcrid olunduqlarını bildirib.
Yolların bağlanması və tempraturun aşağı düşməsinə görə, əyalətin Çaldıran, Qotur, Səfaiyyə, Xoy, Üşnü və Tikantəpə mahallarının yüzlərlə qəsəbə və kəndində məktəblər tətil edilib.