Dünya

İraqda baş verən partlayışda ölən və yaralananlar var

İraqda azı üç nizami qulluqçu əldəqayırma partlayıcı qurğunun partladılmasının qurbanı olub. Bu barədə “Sky News Arabia” telekanalı məlumat verib. Qeyd edilir ki, olay Kərkük əyalətinin gündeyində olub. Partlayışda bir görəvli və iki əsgər dünyasını dəyişib. Olayın ayrıntıları açıqlanmır.

Kərkük Polis idarəsinin mətbuat dəbiri Amir Nuri isə bildirib ki, hadisə Dakuk şəhristani ərazisində baş verib. Onun sözlərinə görə, İraq ordusuna məxsus otmobil yoldan keçərkən partlayıcı qurğu işə düşüb. Amir Nuri partlayışda bir nizaminin öldüyünü, daha dörd əsgərin yaralandığını bildirib.

O, qeyd edib ki, hadisə daiş terror qruplaşması tərəfindən törədilib.

Related Articles

Bir cavab yazın

Back to top button