Azərbaycanİran

Qərbi Azərbaycanda hökumət məmuru həbs edilib

Qərbi Azərbaycan əyalətinin cənub şəhərlərindən birinin bələdiyyə başçısı və Şəhər Şurasının üzvü həbs edilib.

Bu barədə əyalətin məhkəmə sisteminin başçısı Nasir Ətəbati açıqlama verib.

O, həbs edilənlərin rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırıldıqlarını bildirib. Şəhərin adı və saxlanılanların kimliyi barədə açıqlama verilməyib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının fevralın əvvəlində yaydığı hesabatda İran ən çox korrupsiyaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button