Baş nazir Seyx Hasininin istefa etməsini tələb edən minlərlə adam küçələrə axışıb. Aksiya zamanı hökumət əleyhinə şüarlar səsləndirən nümayişçilərlə polis arasında qarşıdurma olub. Polisin nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməsi nəticəsində 200-ə yaxın adam da yaralanıb.
Şeyx Hasina etiraz adı altında zorakılığa əl atanları “terrorçu” adlandırıb və hökumətin “cinayətkarlara” qarşı sərt tədbirlər görəcəyi ilə bağlı xəbərdarlıq edib.
Lakin bunların heç biri ilə etirazları yatıra bilməyən baş nazir bütün ölkə əhalisinin ayağa qalxması qarşısında aciz qalaraq, helikopterlə ölkədən Hindistana qaçıb. Artıq baş nazirin iqamətgahı və bütün ölkə əhalinin əlinə keçib.