Qəzvin Müəllimlər Birliyinin İdarə Heyətinin üzvü azərbaycanlı müəllim Süheyla Zalbeygi İran İnqilab Keşikçiləri Korpusunun Təhlükəsizlik və Kəşfiyyat bölməsi tərəfindən saxlanılıb.
Noyabrın 17-də adı çkilən bölmədən azərbaycanlı müəllimə zəng edilərək bir sıra suallara cavab vermək üçün dəvət olunub və o İdarəyə getdikdən sonra saxlanılıb.
Süheyla Zalbeygiyə qarşı ittihamlar irəli sürülüb, o, məhkəməyə aparılıb və qısa zaman ərzində zindana köçürülüb.