Azərbaycan

Həmədanda əkinçilik texnikasının çoxu yararsızdır

Həmədanda əkinçilik texnikasının çoxu yararsızdır. Məsələ ilə bağlı Həmədan əyalətinin Kənd Təsərrüfatı Təşkilatının Mexanikləşdirilmiş Texnologiyaların İnkişafı Departamentinin rəhbəri Mehdi Cahangiri məlumat verib

Mehdi Cahangiri Saleh əyalətdə kənd təsərrüfatı və əkinçilik texnikalarının yarıdan çoxunun köhnə və istifadəyə yararsız durumda olduğunu deyib.

O, Həmədan əyalətində əkin torpaqlarının 90%-dən çoxunda kənd təsərrüfatı işlərinin mexanikləşdirilmiş şəkildə aparıldığını deyərək, yeni texnikaların olmamasını bu sahədə ciddi problemlər yaratdığını söyləyib.

“Əyalətin meyvə bağlarında mexanikləşdirilmiş kənd təsərrüfatı işlərinin əkin sahələrinə nisbətən az olması əyalətin bu sahədə çalışan təsərrüfatçılarının əməklərinin qarşılığını ala bilməmələrinə səbəb olur”-deyə, Cahangiri Saleh bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button