Azərbaycanİran

Qəzvində 123 qadın hicab taxmadığına görə həbs olunmaq təhlükəsi ilə üzləşib

Qəzvin əyalətinin ədliyyə orqanlarının ictimaiyyətlə əlaqələr idarəsi SEPAH-nin kəşfiyyat təşkilatı tərəfindən şəhər kameraları ilə hicaba əməl etməyən 123 qadının görüntülərinin qeydə alındığını elan edib.

Bildirilib ki, indiyədək bu şəxslərdən 34-nün şəxsiyyəti müəyyən edilib və onlara qarşı məhkəmə işi açılacaq.

Qeyd edək ki, İranda “İffət və hicab” qanun layihəsində “məcburi hicaba” əleyhdarların müəyyən edilməsi üçün şəhər kameralarından istifadə edilməsinə icazə verilib. Üç dəfə xəbərdarlıq və pul cəriməsindən sonra “cinayətin” dördüncü dəfə təkrarlanması halında məhkəmədə cinayət işi açılacaq.

Related Articles

Bir cavab yazın

Back to top button