Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Qəzzada bir gündə daha 45 sakin ölüb

İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında azı 45 fələstinli həlak olub.

“ANT” xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı tibbi mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 45 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Telekanal vurğulayıb ki, anklavda gecə boyu endirilən zərbələr nəticəsində ölənlərin sayının sayının artacağı ehtimalı var.

Martın 18-də İsrail ordusu “HƏMAS”ı əsir və girovları qaytarmaqla bağlı şərtləri yerinə yetirməməkdə ittiham edərək Qəzza zolağında hərbi əməliyyatları bərpa edib, anklav ərazisinə kütləvi zərbələr endirir.

Related Articles

Bir cavab yazın

Back to top button