Azərbaycan

Qərbi Azərbaycan əyaləti inkişaf göstəricilərinə görə geri qalıb

Əyalət valisi durumun yaxşılaşdırılmas üçün daha əhatəli tədbirlərin görülməli olduğunu deyib.

Qərbi Azərbaycan əyalətinin valisi Məhəmmədsadıq Mötəmediyan əyalətin inkişaf göstəricilərinə görə geri qaldığını və durumun yaxşılaşdırılmas üçün daha əhatəli tədbirlərin görülməli olduğunu deyib.

“Qərbi Azərbaycan əyalətinin ölkənin əsas dəhlizlərindən birində yerləşməsinə, müxtəlif sərhəd terminallarına malik olmasına və beynəlxalq ticari üstünlüklərinə baxmayaraq mövcud potansialdan istifadə olunmayıb”-deyə, vali bildirib.

O, qərbi azərbaycanlıların hakimiyyətdən əyalətə sərmayə qoyuluşuna dəstək verməsini gözlədiklərini söyləyib və prezidentin əyalətə gözlənilən səfəri zamanı əhalinin problemlərinin həlli yönündə ciddi tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, son statistikaya əsasən ölkə üzrə yoxsulluq göstəricisinə görə, Qərbi Azərbaycan əyaləti birinci yeri tutur.

Ölkə üzrə ُyoxsulluq indeksi 49.6 faiz olsa da, cəmi 23 əyalətin ُgöstəriciləri ölkə ortalamasından yüksəkdir. Bu isə həmin əyalətlərdə işsizlik və inflyasiyanın yüksək olduğunu, məişət şəraitinin digər əyalətlərə görə daha pis vəziyyətdə olduğunu göstərir.

Qərbi Azərbaycan əyalətindən sonra Kürdüstan və Loristan əyalətləri müvafiq olaraq ُyoxsulluq indeksinə görə ikinci və üçüncü yeri tuturlar.

 

Related Articles

Bir cavab yazın

Back to top button