Azərbaycan

Qərbi Azərbaycan əyalətində məktəb çatışmazlığı davam edir

Qərbi Azərbaycan əyalətində adambaşına düşən təhsil sahəsi ölkə üzrə orta göstəricidən aşağıdır.

Bu barədə əyalət valisi Məhəmməd Sadiq Mötəmediyan Qərbi Azərbaycan Təhsil və Təlim Şurasının toplantısında çıxışı zamanı deyib.

Əyalətin Təhsil İdarəsinin başçısı Əli Mütəhhəri isə təhsil sahəsində olan çatışmazlıqların aradan qaldırılması üçün maliyyə çatışmazlığı ilə üzləşdiklərini bildirib.

Qeyd edək ki, verilən rəsmi statistikaya görə, Qərbi Azərbaycan əyaləti təhsil göstəricilərinə görə İranda sonuncu yerlərdə qərarlaşıb.

Bundan öncə bu barədə rəsmi məlumatlara istinad edərək Qərbi Azərbaycan əyalətinin Məktəblərin Təmiri, İnkişafı və Texniki Təchiz İdarəsinin başçısı Sepide Təyyib Qasimi açıqlama verib.

Əyalətin təhsil sahəsindəki problemlərindən danışan Sepide Təyyib Qasimi  bildirib ki, Qərbi Azərbaycan əyaləti təhsil göstəriciləri üzrə İranda 31 əyalət içində 29-cu yeri tutur.

Bununla yanaşı Qərbi Azərbaycan əyalətinin Təhsil İdarəsinin başçısı Məhin Mənafi əyalətdə təhsil sahəsində hakim olan durumun qəbuledilməz olduğunu deyib.

Mənafi bu sahəyə əhəmiyyətli dərəcədə vəsait ayrılmadığını, ölkə üzrə şagird başına düşən təhsil sahəsinin ortalama 5.7 olduğu halda Qərbi Azərbaycanın bir sıra bölgələrində bunun 1.7 təşkil etdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button