O, cari günəş ilində başqa ölkələrə göndərilən 707 min ton almanın 221 min tonunun Qərbi Azərbaycan əyalətinin payına düşdüyünü söyləyib.
Nadirinin sözlərinə görə, hal-hazırda əyalətin soyuducu anbarlarında 300 min ton alma yığılıb qalıb və onların xarici ölkələrə göndərilməsi yolları araşdırılır.
Bir neçə gün bundan öncə Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu (Urmiya) şəhərinin İran parlamentindəki nümayəndəsi Vəhid Calalzadə əyalətdə kənd təsərrüfatı sahəsində çalışanların müflis duruma düşdüyünü deyib.
O, hakimiyyətin əhalinin əsas gəlir qaynaqlarından biri olan kənd təsərrüfatı sahəsinə laqeydliyini tənqid edib və bu sahədə çalışanlar, xüsusilə alma istehsalçılarına dəstək verilməməsi səbəbindən on minlərlə insanın müflis olması barədə xəbərdarlıq edib.
V.Calalzadə hökumətin ixracat və nəqliyyat sahsində istehsalçılara dəstək verməməsi ucbatından 500 min ton alma soyuducu anbarlarda qalıb.
Qeyd edək ki, Qərbi Azərbaycan, xüsusilə Urmu bölgəsinin əsas gəlir qaynaqlarından biri birinci dərəcəli alma məhsuludur.
Son illər, özəlliklə 2020-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulların ixracında problemlər yaranıb.
Əlaqədar dövlət qurumların bağçılara dəstək verməməsi yüz minlərlə ton məhsulun zay olmasına, fermerlərin müflis olmasına səbəb olub.
Bundan öncə Rusiya, Azərbaycan Respublikası, Hindustan, İraq, Türkiyə və Pakistana ixrac edilən məhsulun satılmaması bağçılarla birgə bu sahə tacirlərinin də iflas etməsin gətirib çıxarıb.