İran

Qərbi Azərbaycan vilayətində koronavirusla bağlı son vəziyyət

Qərbi Azərbaycan Tibb danişgahının rəisi Cavad Ağazadə ustanda virusa 201 yeni şəxsin tutulduğunu deyib. Belə ki, hazırda ustanda təhlükəli vəziyyətin hökm sürdüyü açıqlanıb. Cavad Ağazadənin sözlərinə görə, kəskin tənəffüs sindromu ilə mərizxanaya yerləşdirilən mərizlərin sayı 1556 nəfərdir ki, bunlardan 224 nəfəri ICU bölməsində müalicəsini davam etdirir. 62 nəfərin isə məsnoi tənəffüs dəstqahına qoşulduğu bildirilib.
Məlumata görə, Qərbi Azərbaycan ustanında son 24 saatda 16 koronavirus mərizi həyatını itirib. Bununla da ötən bir gündə Urmuda 4 nəfər, Bəykəndidə 3 nəfər, Xoyda 2 nəfər, Sayınqalada 2 nəfər, Makuda 2 nəfər, Sulduz bölgəsində 2, Qoşaçayda isə 1 nəfər virusdan vəfat edib.
Cavad Ağazadə COVID-19-a tutulan mərizlərin yaş kateqoriləri barədə də məlumat verib.
“Ustanda koronavirus mərizlərinin yaş qrupları arasında 14 yaşa qədər mərizlər yüzdə 2.3, 15-54 yaş arasında olan mərizlər yüzdə 71.1, 55 yaş və yuxarı yaş kateqorisinə mənsub şəxslər isə yüzdə 26,6 təşkil edir”, – deyə danişgah rəsmini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button