Azərbaycanİran

Qərbi Azərbaycanda 14 nəfər İsrailə casusluq ittihamı ilə həbs edilib

Qərbi Azərbaycan əyalətində 14 nəfər İsrailə casusluq ittihamı ilə İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurları tərəfindən saxlanılıb. Bu barədə Qərbi Azərbaycan əyaləti məhkəməsinin təhlükəsizlik və kəşfiyyat mərkəzinin sədri Əli Abdullahı açıqlama verib:

“Bəzi şəxsləri izləyən və onlara qarşı sui-qəsd planlaşdıran İsrailə bağlı 14 terrorçu saxlanılıb”.

Saxlanılanların kimliyi və hadisənin təfərrüatı barədə açıqlama verilməyib. İran rəsmisinin bu bəyanatı İsrail prezidenti İshaq Hersoqun Azərbaycan Respublikasına səfəri ilə eyni vaxta təsadüf edib.

Qeyd edək ki, İran hökuməti bundan öncə də dəfələrlə İsrail casuslarını həbs etdiyi ilə bağlı iddialar irəli sürüb. Bu, Tehran hakimiyyətinin böhran yaşadığı vaxtlarda daxili təbliğat, ölkədə etirazçıları susdurmaq və repressiyaları əsaslandırmaq üçün köhnə peşələrindən biri sayılır.

Related Articles

Bir cavab yazın

Back to top button