Bu barədə yerli media məlumat yayıb.
Bununla yanaşı, Əlborz və Tehran əyalətlərində də İŞİD üzvlərinin həbs edildiyi, paytaxtda partladılmasına hazırlıq görülən 30 bombanın zərərsizləşdirildiyi qeyd edilib.
Saxlanılanların kimliyi və hansı ölkə vətəndaşı olduqları barədə məlumat verilməyib.
Siyasi ekspertlər Tehran hakimiyyətinin bu barədə iddialarının əsassız olduğunu, müxaliflərə qarşı repressiyaları əsaslandırmağa hesablandığını bildirirlər.