Azərbaycan

Qərbi Azərbaycanda onlarla tarixi tikilinin təmirə ehtiyacı var

Son 3 ildə təmirə ehtiyacı olan tarixi tikililərin az bir hissəsinə vəsait ayrılıb.

Qərbi Azərbaycan əyalətinin Mədəni irs, Turizm və Əl İşləri İdarəsinin başçısı Cəlil Cabbari son 3 ildə əyalətdə 50 tarixi tikilinin təmir olunduğunu deyib.

O, eyni müddət ərzində 71 tarixi məkanda arxeoloji araşdırmalar aparıldığını, bunun davam etdirilməsi məqsədilə proqram hazırladıqlarını söyləyib.

Bundan bir müddət öncə Cəlil Cabbari və başqa aidiyyatllı qurumlar Qərbi Azərbaycanda 300 tarixi tikili və abidənin yenidən qurma və təmirə ehtiyacı olduğunu bildirmişdirlər.

Hal-hazırda vəsait çatışmazlığı ucbatından çox sayda tarixi abidə baxımsız durumdadır və opnların yenidən qurulub saxlanılması üçün yeni büdcə ilində yetərli məbləğdə büdcə nəzərdə tutulmayıb.

Nümunə olaraq urmu şəhərində yerləşən və Qacarlar dövrünün memarlıq nümunələrindən sayılan “Əfşar” evi baxımsızlıq səbəbindən dağılmaq üzrədir.

Şəhərin Kaşani küçəsində yerləşən memarlıq nümunəsi 2002 ildə 8010 qeydiyyat ömrəsi ilə İranın tarixi əsərlər siyahısına salınsada onun saxlanılması üçün vəsait ayrılmayıb.

Oktyabr ayında Cəlil Cabbari əyalətdə 30 tarixi binanın yıxılmaq təhlükəsi ilə üz-üzə olduğunu, təcili tədbirlər görülmədiyi təqdirdə onların bərpasının mümkün olmayacağı barədə xəbərdarlıq etmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button