Azərbaycan

Qərbi Azərbaycanda son bir ildə onlarla dövlət məmuru həbs olunub

Bu barədə əyalətin Baş Müfəttişliyinin rəisi məlumat verib.

Qərbi Azərbaycan Baş Müfəttişliyinin rəisi Səccad Dədəcaninin verdiyi məlumata görə, son bir il ərzində müxtəlif dövlət idarələrində çalışan 430 nəfər həbs edilib.

O, həbs edilənlərin çoxunluğunun korrupsiya halları və vəzifə səlahiyyətlərindən su-istifadə etdikləri üçün saxlanıldıqlarını söyləyib.

“Bu 430 nəfər rüşvət, korrupsiya, vəzifədən sui-istifadə, maliyyə pozuntuları, yalan hesabatlar hazırlamaq, rəsmi sənədlər və dövlət mülkiyyətini qorumaqda səhlənkarlıq, rəsmi sənədlər və dövlət mülkiyyətinə zərər vermək, dövlət tenderlərində müdaxilə etmək, qeyri-qanuni mülkiyyət və qazanc əldə etmək, sənəd saxtalaşdırmaq və ya saxta sənəddən istifadə etmək kimi ittihamlar ilə məhkəməyə göndəriliblər”-deyə, Dədəcani bildirib.
Qeyd edək ki, İranda xüsusilə son illər korrupsiya geniş miqyas alıb və dövlət qurumlarının əksəriyyətində kök salıb.

Beynəlxalq Şəffaflıq Təşkilatının yeni yaydığı 2021-ci ildə Korrupsiya Qavrama İndeksində İran 180 ölkə arasında 150-ci yeri tutub.

Related Articles

Bir cavab yazın

Back to top button