İran

QƏRBİ AZƏRBAYCANDA VİRUSA TUTULANLARIN SAYI AÇIQLANIB

Qərbi Azərbaycanda koronavirusa tutulanların sayı 3 min nəfəri keçib

Qərbi Azərbaycan Tibb Elmləri Danişqahının rəisi Cavad Ağazadə bildirib ki, mərizlərin sayı 3 312 nəfərə çatıb, onlardan 1,520 nəfəri isə sağalıb”.
Son 24 saatda Qərbi Azərbaycanda 392 şəxsdən test götürülüb, 51 nəfərdə testin cavabı müsbət çıxıb. O artırıb: “Qərbi Azərbaycanda koronavirusa tutulan 51 yeni mərizdən 38-i ayaq üstü və 13 nəfəri ustanın mərizxanalarında müalicəyə alınıb”.

Ağazadənin sözlərinə görə, son 24 saatda koronavirusa tutulmuş 10 nəfər sağalaraq mərizxanadan tərxis olunublar və ümumilikdə ustanda sağalanların sayı 1,520-ə çatıb.

Ağazadə Qərbi Azərbaycanda koronavirus mərizlərinin şəhərlər üzrə ayrıca aamarına istinad edərək deyib: “İndiyə qədər Covid-19 virusuna tutulanların sayı Urmuda 1115, Xoyda 620, Miyandoabda 323, Bukanda 236, Məhabadda 274, Səlmasda 172, Təkabda 114, nəfər müəyyən edilib.

Related Articles

Bir cavab yazın

Back to top button