İran

QƏZVIN ÇÖLLÜYÜNDƏ ÇÖKMƏ VAR

Qəzvin Ustandarisinin Böhranları Müdiriyyət İdarəsinin baş müdiri Qüdrətulla Mehdixani deyib ki, Qəzvin Çöllüyünün yüzdə 45-də çökmə yaranır. Belə ki, Ustanın çöllük bölgələrində müxtəlif səbəblərdən o cümlədən suyun həddindən artıq çıxarılmasına görə ildə 1-dən 17 santimetrədək çökmə olur.
Mehdixani İctimai Pozuntuların Qarşısını alma Komisionunun ikinci iclasında, “Qəzvin çöllüyündə çökmə olan 2 min 441 hektarında 100 min sakını olan 341 kənd var. Bu hüdudlarda 34 kilometr bərqi (işığı) köçürmə xətti olmaqla burada tolid vahidləri və hava limanı da yerləşir. Buralarda olan çökmələr ustan üçün bir xətər zəngidir (təhlükə siqnalıdır). Qəzvin Ustanı təbii hadisələrin bol olduğu ustandır və hadisələrin təkrarlanması üzrə də birinci ustanlar sırasındadır, Ələmutda torpağın sürüşməsi, illik sel sularının olması və şaxtavurma bu hadisələrə misallardır”, – deyə məlumat verib.
Mehdixani ustanda 9 nəfərin boğulduğunu deyərək sözlərinə artırıb ki, “yanğınların olması da ustanda olan hadisələrdən biridir və bu problem üzrə ustanın yüksək məqamları nigarançılıqların olduğunu deyirlər. Bu məsələlər barədə ustandarın (icra başçısı) şirkət etməsi ilə 2 cələsə keçirdik və dövlət dəstqahlarına (aparatlarına) məmuriyyətlər təyin olundu. Hava limanı ilə işbirliyi olunaraq 1 fərvənd (ədəd) yanğınsöndürmə uçağı təchiz olundu. Ustanın Qızıl Ayparasında və urjansında (Təcili Yardım) 2 fərvənd arama-qurtarma helikopteri var. Təəssüflə ölkə üzrə yanğınların çoxu Qəzvin Ustanında olub. Qəzvində 1377-ci ildən 98-ci ilədək 530 hektar, Takistanda 175, Abyekdə 171, Boin Zəhrada 21, Avucda 14 və Elbrusda 2 hektar yanğın olub və bu il yanğın miqdarı çox olacaq. Dünənə kimi 239 hektar yanğın olmuşdur və bundan qabaq 14 yanğın idi amma 121 yanğına artıb. Ötən cümə günü yanğın söndürmə üzrə 82 məmuriyyət olub. İdarələr yanğınları söndürməyə tam amadə olmalıdılar.”

Related Articles

Bir cavab yazın

Back to top button