İranSağlıq & Yaşam

Qəzvinin 4 vilayətinin korona durumu qırmızdır

Qəzvin Əyalətinin Korona ilə Mübarizə Qərargahının dəbiri Qüdrətulla Mehdixani, Tir ayının 24-ü deyib: “korona virusu yayılmasının beşinci dalğasının başlandığı və Hind növlü yeni Delta virusunun yayıldığını nəzərə alaraq, Əyalətin Qəzvin, Boin Zəhra, Takistan və Əlbürz vilayətləri qırmızı vəziyyətə dönüb, başqa 2 vilayət də narınc vəziyyətdədir. Koronanın yayıldığı vaxtdan Əyalətdə 27 min 196 nəfər bu virusa tutulub, 1835 nəfər də təəssüflə ölüb. Koronanın mahiyyəti vaxt ötdükcə, özünü fərdin bədəninə uzlaşdırır və diri qalması üçün jenetik dönüşmə deyilən dəyişiklik edir, bununla da İngilis, Afriqa növü və yenicə Hind növlü Delta əmələ gəlir, bu növün isə yoluxma gücü sair növlərə görə 140 qat çoxdur.”
Mehdixani ölkədə vaksinasion barədə deyib: “vaksinasion əməliyyatı olunur, amma virusu önləmə işləri, o cümlədən fərdi nəzarətə, ictimai məsafə və maskdan istifadənin riayət olunması bu mərzliklə mübarizədə daha üstün tutulur və bunların təsiri çox yüksəkdir.”.

Related Articles

Bir cavab yazın

Back to top button