Dünya

Qəzzada 360 min qaçqın infeksiyaya yoluxdu

Qəzza zolağındakı qaçqın düşərgələrində ən azı 360 min nəfər müxtəlif yoluxucu xəstəliklərə yoluxub.

Aznewstv xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrail hərbi əməliyyatları nəticəsində sığınacaqda sıxlıq yaranıb, hazırda orada 1,9 milyona yaxın insan var:

“Ümumdünya Səhiyyə Təşkilatı sığınacaqda meningit, suçiçəyi, sarılıq və yuxarı tənəffüs yollarının infeksiyaları halları qeydə alıb. Qəzza zolağındakı 36 xəstəxanadan yalnız 11-i xəstələri məhdud şəkildə qəbul etməyə davam edir. Fələstin anklavının şimalında isə sadəcə bir tibb müəssisəsi qismən fəaliyyət göstərir”.

Related Articles

Bir cavab yazın

Back to top button