Dünya

Qəzzadan İsrailə təxminən 7 min raket atılıb, 1 400-dən çox şəxs ölüb

HƏMAS radikal qruplaşması son iki həftə ərzində Qəzza bölgəsindən İsrailin ərazisinə 6,9 mindən çox raket atıb. Statistik məlumatı İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti yayıb.

Qeyd olunub ki, İsrailə 6900-dən çox raket atılıb ki, onların da 450-dən çoxu uğursuz buraxılış olduğu üçün Qəzza ərazisinə düşüb.

İki həftə ərzində atılan raket və HƏMAS terrorçuları 1400-dən çox şəxsin ölümünə səbəb olub. Ümumilikdə 4 600-dən çox insan yaralanıb, 200-dən çox İsrail və xarici dövlətlərin vətəndaşları girov götürülüb.

Vurğulanıb ki, HƏMAS-ın mindən çox yaraqlısı və onlarla lideri zərərsizləşdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button