AzərbaycanDünyaİran

Qaluzin: Aİ-nin Ermənistandakı missiyası Moskva, Tehran və Bakıya qarşı casusluq edir

Avropa İttifaqının (Aİ) monitorinq missiyası Ermənistanda Rusiya, İran və Azərbaycana qarşı kəşfiyyat məlumatları toplayır.

Bunu TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib:

“Ermənistan 2022-ci ildə KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) vasitəsilə Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün tədbirlər kompleksinin həyata keçirilməsi təklifi ilə razılaşsaydı, bu gün üzləşdiyi risklərin bir çoxu azala bilərdi. Təəssüf ki, Ermənistan rəhbərliyi heç də dövlətin sərhədlərini qorumayan, “monitorinq” adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan Aİ missiyasını dəvət etməyi üstün tutdu”.

Qaluzin vurğulayıb ki, KTMT məsələsində söhbət ciddi təşəbbüslərdən, o cümlədən hərbi-texniki yardımdan, monitorinq missiyasının göndərilməsindən və sərhəd qoşunlarının hazırlanmasında yardımdan gedirdi.

Related Articles

Bir cavab yazın

Back to top button