Dünyaİran

Qanlı repressiyalarla əlaqədar İrana beynəlxalq təzyiqləri davam edir

İranın müvəqqəti işlər vəkili Avstraliyanın Xarici İşlər Nazirliyinə çarılıb.

İran xalqının ümummilli qiyamının qanlı yatırılması ilə əlaqədar İslam Respublikasına qarşı beynəlxalq təzyiqlərin davamında Avstraliya Xarici İşlər Nazirliyinin rəsmisi Tehranın müvəqqəti işlər vəkilinin neçənci dəfə olaraq XİN-ə çağırıldığını bildirib.

Bununla yanaşı bir neçə başqa ölkə də İslam Respublikasının repressiv pisləyib və buna qarşı sərt mövqe bildiriblər.

Avstraliya Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib ki, o, İran İslam Respublikası səfirliyinin müvəqqəti işlər vəkilini üç dəfə çağırıb, İran etirazlarının yatırılması ilə bağlı narahatlığını “ən kəskin” şəkildə ifadə edib.

Avstraliyanın xarici işlər naziri Penni Vanq da ölkəsinin “İran xalqının dinc nümayiş hüququnu dəstəklədiyini və İran hakimiyyətini davam edən etirazlara cavab verməkdə təmkinli olmağa çağırdığını” təkrarlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button