![](https://www.aznews.tv/wp-content/uploads/2024/03/efc861f0-434a-429e-ba00-2ca5358386ff-780x470.jpg)
Azərbaycan çempionu Almaniyada “Bayer 04” komandası ilə üz-üzə gələcək.
“BayArena”dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edəcək.
UEFA Avropa Liqası
1/8 final mərhələsi, cavab oyunu
14 mart
00:00. “Bayer 04” (Almaniya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Entoni Teylor.
Leverkuzen, “BayArena”.
İlk oyun – 2:2.