İran

Qarabağa dəstək aksiyasında iştirak edən fəalların həbs cəzası təsdiqlənib

Təbrizdə yaşayan milli-mədəni fəallar Sədullah Sasani, Rəhim Sasani və Mehdi Purəli Xormalu barəsində məhkəmənin çıxardığı ilkin qərar Şərqi Azərbaycan Əyaləti təcdid-nəzər Məhkəməsinin 1 saylı şöbəsi tərəfindən təsdiqlənib. Bundan öncə mədəni fəallar Həkimə Əhmədi, Yasəmən Zəfəri, Sədullah Sasani, Rəhim Sasani, Mehdi Purəli Xurmalu, Hadi Qulizadə, Məcid Əkbəri, Behzad Şeyxi, Sadiq Pərto Beyrəq, Əli Abi Xızr, Əli Muradiyan, Mehdi Əsədi Gülzar və Əbülfəz İbrahimzadə Təbrizin ikinci Cinayət Məhkəməsinin 112-ci şöbəsi tərəfindən “ictimai asayişi pozmaq, qanunsuz toplanmaq və məmurlara itaətsizlik” ittihamı ilə 1 il həbs və 60 zərbə şallaq cəzasına məhkum ediliblər. Xatırladaq ki, milli-mədəni fəallar 16 culay 2020-ci ildə Azərbaycan Ordusuna dəstək, habelə Ermənistanın təxribatlarına etiraz etmək məqsədilə mitinq keçiriblər. Onlar Azərbaycan Cümhuriyyətinin Təbrizdəki konsulluğu qarşısında keçirilən mitinqdə iştirak etdikləri üçün tutuqlanıblar. Sonradan vəsiqə qarşılığında məhkəmə işinin yekunlaşmasına qədər müvəqqəti azadlığa buraxılıblar.

Related Articles

Bir cavab yazın

Back to top button