Dünyaİran

İtaliya prezidenti İrana etiraz etdi

O, etirazçılara qarşı repressiyaları kəskin şəkildə pisləyib.

İtaliya prezidenti İranın yeni səfirinin etimadnamələrinin qəbulu mərasimində İranda etirazların yatırılmasını kəskin şəkildə pisləyib.

Prezident Sercio Mattarella Məhəmmədrza Səburi ilə görüşdə İran hökumətinin etirazçıları susdurmaq və onlara qarşı ölüm hökmləri çıxarmaq hərəkətlərini barbarlıq adlandırıb.

İtaliyanın “La Repubblica” qəzeti yazıb ki, Mattarella İtaliya prezidenti kimi İranın repressiv tədbirlərini pisləməklə yanaşı, həm də şəxsən bu repressiya və edamlardan çox qəzəbləndiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button