Site icon Aznews TV

Qaşqay türkləri xoylulara yardım edir

Fevralın 3-də bir neçə yük maşını yardım göndərən qaşqaylar fars, İsfahan, Kohgiluyə və Boyerəhməd, Buşehr əyalətlərində yaşayan qaşqaylara müraciət ünvanlayıblar.

Müracətdə hakimiyyətin xoylulara yetərli yardım etmədiyini deyən fəallar qaşqaylardan mümkün qədər Azərbaycanda yaşayan soydaşlarına dəstək vermələrini istəyiblər.

Qeyd edək ki, zəlzələ baş verən andan bu günə kimi Azərbaycan şəhərlərindən, qeyri-fars xalqların yaşadığı yerlərdən zəlzələdən zərər görənlərə yardımlar göndərilib.

Lakin fars bölgələrindən heç bir yardım göndərilməyib.

Bu isə Güney Azərbaycanda qınaqla qarşılaşıb.

Exit mobile version