Azərbaycanİran

Qaşqay türkləri xoylulara yardım edir

İranın Fars əyalətində yaşayan qaşqay türkləri Xoy şəhərində zəlzələdən zərər görənlərə yardım kampaniyasına başlayıblar.

Fevralın 3-də bir neçə yük maşını yardım göndərən qaşqaylar fars, İsfahan, Kohgiluyə və Boyerəhməd, Buşehr əyalətlərində yaşayan qaşqaylara müraciət ünvanlayıblar.

Müracətdə hakimiyyətin xoylulara yetərli yardım etmədiyini deyən fəallar qaşqaylardan mümkün qədər Azərbaycanda yaşayan soydaşlarına dəstək vermələrini istəyiblər.

Qeyd edək ki, zəlzələ baş verən andan bu günə kimi Azərbaycan şəhərlərindən, qeyri-fars xalqların yaşadığı yerlərdən zəlzələdən zərər görənlərə yardımlar göndərilib.

Lakin fars bölgələrindən heç bir yardım göndərilməyib.

Bu isə Güney Azərbaycanda qınaqla qarşılaşıb.

Related Articles

Bir cavab yazın

Back to top button