İran

“Twitter”də Səravanda baş verən olaylarla ilgili paylaşımlar edilib

Sistan və Bəluçistan ustanının Səravan şəhərində İran dövlətinin məmurları tərəfindən azı 11 şəxsin qətlə yetirilməsi ilə bağlı etirazlar davam edir. Belə ki, minlərlə tuitter istifadəçisi yanacaq daşıyan şəxslərin qətlinə, dövlətin Sistan-Bəluçistan əyalətinin sakinlərinə qarşı ayrı-seçkilik siyasətinə etirazlarını bildiriblər. Onlar əsasən “#Səravan_Yalnız_deyil“, “#YanacaqDaşıyanı_Öldürməyin“, “#BəluçlarıÖldürməyin” və “#Səravan” həştəqləri ilə paylaşımlar ediblər. Bildirək ki, isfənd ayının 5-də Səravan əhalisi sözgedən şəxslərin öldürülməsi ilə bağlı şəhərin fərmandarisinin qarşısında etiraz mitinqi keçirib. Onlar bir neçə saatlığına binanı ələ keçiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button