Dünya

Pentaqon: “Putin Ukraynada heç nəyə nail olmayıb”

“Rusiya diktatoru Vladimir Putin müharibədə heç bir strateji məqsədə nail ola bilmədi. Eyni zamanda, Ukrayna yaxşı nəticələr göstərir və müharibədə qalib gələ bilər”. Bu barədə Pentaqonun sözçüsü Con Kirbi keçirdiyi brifinqdə bildirib.

“Əlbəttə, ukraynalılar qalib gələ bilərlər. Putin isə Ukraynada heç bir strateji məqsədə nail ola bilməyib”, – Kirbi bildirib.

Pentaqonun sözçüsü vurğulayıb ki, Putin nə Kiyevi tuta bilib, nə də Ukrayna hökuməti devirilib. Bir aydan artıq davam edən hərbi əməliyyatlar ərzində Rusiya Federasiyası Ukrayna ərazisinin yalnız kiçik bir hissəsinə nəzarət edir.

“Mariupol hələ alınmayıb. O, qoşunlarını Kiyevdən, Çerniqovdan çıxarıb. Xarkov alınmayıb. Onlar Nikolayevi cənubda tutmayıblar. Ona görə də mən hesab edirəm ki, Ukrayna əldə etdiyi nəticələr müharibədə onun qalib gələ biləcəyini göstərən sübutlardı”, – deyə o bildirib.

Eyni zamanda, Kirbi qeyd edib ki, bu müharibənin nə vaxt bitəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil.

“Putin düzgün addım atsa, bu gün bitə bilər: qoşunları çıxarar, onları evə göndərər və Ukraynanın suverenliyinə hörmət edər. Lakin o, başqa yol seçdi”, – Kirbi əlavə edib. (modern.az)

Related Articles

Bir cavab yazın

Back to top button