Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Şərqi Azərbaycanda məktəblərdə daha bir tətil elan edilib

Hava çirkliliyi davam etdiyinə görə ardıcıl üçüncü gün Təbriz, Üskü, Səhənd şəhərləri və ətraf bölgələrdəki məktəblərdə tətil elan edilib.

Bu barədə Şərqi Azərbaycanın Təhsil İdarəsi məlumat yayıb.

Bununla yanaşı, əyalətin Fövqəladə Hallar Komitəsi və Səhiyyə Nazirliyinin yerli bölməsi havanın həssas yaş qrupuna aid insanlar, qocalar, uşaqlar və xəstələr üçün xüsusilə təhlükəli olduğu barədə xəbərdarlıq edib, vacib olmadıqda evdə qalmalarını tövsiyə edib.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin məlumatına görə, son bir il ərzində ölkədə 26 min nəfər hava çirkliliyi səbəbindən həyatını itirib.

Bunun əsas səbəblərindən biri ölkənin elektrik stansiyalarında keyfiyyətsiz dizel yanacağından istifadədir.

Energetika, Neft və Ekologiya nazirliklərinin hesabatlarına görə, elektrik stansiyalarının dizel yanacağında kükürdün miqdarı normadan 10 dəfə artıqdır.

Related Articles

Bir cavab yazın

Back to top button