
Bu barədə Qrossi “CBS” teleşirkətinə müsahibəsində danışıb.
ABŞ və İsrailin zərbələrindən sonra İranın nüvə proqramının hansı komponentlərini saxladığı barədə danışan Qrossi deyib:
“Düzünü desəm, hər şey yoxa çıxıb və heç nə qalmayıb deyə bilməzsiniz. Aydındır ki, ciddi ziyan vurulub, amma birincisi, bu, tam zərər deyil. İkincisi, İranın potensialı var. Sənaye və texnoloji potensialı var. Əgər istəsələr, bu işə yenidən başlaya bilərlər”.