Dünya

Quantanamo həbsxanası bağlana bilər

Ağ Evin mətbuat dəbiri Cen Psaki hazırkı Amerika dəftərinin Kubada yerləşən Quantanamo payqahındakı özəl həbsxananı bağlamaqla bağlı öhdəliyini təsdiqləyib. Ancaq məsələnin müxtəlif qurumlar tərəfindən müzakirəsi davam etdirilir. “Bu, mütləq məqsədimiz və fikrimizdir. Biz hələ də məsələnin öyrənilməsi prosesindəyik, qurumlararası qarşılıqlı ilgi çərçivəsində bunun necə işlənməli olduğunu araşdırırıq. Bu addımların müzakirəsində bir çox qurum iştirak edir”, – deyə Ağ ev sözçüsü bildirib.
Qeyd edək ki, Quantnamo həbsxanası 2002-ci ilin janviyəsində Amerikanın o vaxtkı prezidenti Corc Buş dəftərinin terrorçuluğa qarşı proqramı çərçivəsində özəl təhlükəli cinayətkarların saxlanılması məqsədilə yaradılıb. Birləşmiş Əyalətlərin 44-cü prezidenti Barak Obama son nəticədə müəssisənin bağlanması haqqında qərar imzalayıb. Ancaq bu qərar Donald Tramp tərəfindən ləğv olunub.

Related Articles

Bir cavab yazın

Back to top button