Azərbaycan

Qulamrza Səbri Təbrizi vəfat edib

Güney Azərbaycanın tanınmış ziyalısı, professor Qulamrza Səbri Təbrizi vəfat edib. Ədəbiyyatşünas və tərcüməçi, fəlsəfə üzrə elmlər doktoru olan Təbrizi, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü idi.
ANT Televizyonu olaraq mərhuma Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına başsağlığı veririk.

Qulamrza Səbri Təbrizi 1934-cü il marsın 21-də Güney Azərbaycanın Təbriz şəhərinin Şəkili məhəlləsində anadan olub. O,1953-58-ci illərdə Təbriz Danışqahının fars, ingilis dili və pedaqogika danışkədəsində təhsilini davam etdirib. Qulamrza Səbri Təbrizi tələbəlik illərində orta mədrəsələrdə müəllim kimi fəaliyyət göstərməklə yanaşı, 1956-1958-ci illərdə Amerikanın İrandakı nizami idarəsində tərcüməçi olaraq çalışıb. 1959-63 -cü illərdə isə London Danışqahının Kinqs kollecində magistr təhsili alıb.

Qulamrza Səbri Təbrizi 1960-1963-cü illərdə London BBC radiosunda Şərq və Orta Asiya üzrə ədəbi və siyasi icmalçı, həm də “Nəzər saatı”nın aparıcısı kimi fəaliyyət göstərib. Təbrizi 1963-1969-cı illərdə Edinburq Danışqahının İngilis dili və Ədəbiyyatı Departamentinə doktoraya daxil olmuş, “Vilyam Bleykin dialektik fikirləri” mövzusunda doktorluq tezini müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi alıb. O, İran İslam İnqilabı dövründə Təbrizdə elmi-pedaqoji və siyasi fəaliyyətini davam etdirib.

Qulamrza Səbri Təbrizi burada din xadimlərinin təqibinə məruz qaldığı üçün Böyük Britaniyaya qayıdıb və 1978-1995-ci illərdə televiziya şirkətlərində icmalçı olub.

Təbrizi 1989-1990-cı illərdə Məhəmmad Mahmudla türk və fars dillərində “Odlar ölkəsi” adlı aylıq qəzet nəşr etdirib. 1997-2003-cü illərdə Azərbaycanın ali mədrəsələrində XIX-XX əsrlər ingilis ədəbiyyatı, Şekspir və Bleykin yaradıcılığı mövzusunda mühazirələr oxuyub.

Təbrizi 2001-ci ildə Dünya Azərbaycanlıları Konqresinin Suedin Malmo şəhərində keçirilən V qurultayının iştirakçısıdır. Həmin il Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultayında məruzə ilə çıxış edib, Dünya

Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədr müavini seçilib.

Related Articles

Bir cavab yazın

Back to top button