Dünya

Çavuşoğlu: “Bundan sonra atilacaq addimlari azərbaycanla dəyərləndirəcəyik”

Portuqalda səfərdə olan Türkiyənin xarici işlər vəziri Mövlud Çavuşoğlu mətbuat konfəransında jurnalistlərin suallarını cavablandırıb. Bu barədə ölkənin mətbuat orqanları məlumat yayıb. Vəzirə Qarabağda atəşkəsə nəzarət üzrə birgə fəaliyyət sahəsində anlaşmanın olub-olmadığı barədə sual verilib.
Mövlud Çavuşoğlu vurğulayıb ki, Türkiyə Azərbaycanı beynəlmiləl qanunlar çərçivəsində haqlı olduğu üçün dəstəkləyib.
Vəzirin sözlərinə görə, Azərbaycan uğurlu nizami əməliyyatlar həyata keçirib və hazırda bölgədə ataşkəs mövcuddur.
“Azərbaycanın bəlli etdiyi yerdə və bizə göstərdiyi nöqtələrdə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini qurmaq mərhələsindəyik. Bu mərkəzin başlıca məqsədi atəşkəsə nəzarət olacaq, amma atəşkəs pozulacağı halda bunun qarşısını almaq üçün tədbirlər də görüləcək”, – deyə vəzir diqqətə çatdırıb.
Mövlud Çavuşoğlu habelə Azərbaycanla Ermənistan arasında yaşanan 44 günlük savaşda üç dəfə atəşkəs elan edilməsinə rəğmən, Ermənistanın hər dəfə bu atəşkəsi pozduğunu dilə gətirib.
“Atəşkəslə bağlı qəbul edilən son qərara Ermənistanın əməl edəcəyinə ümid edirik. Ancaq bundan sonra Ermənistanla ilgilərimizi normallaşdırmaqdan danışmaq olar. Biz bundan sonra atılacaq addımları da Azərbaycanla birgə dəyərləndirəcəyik”, – deyə Türkiyənin xarici işlər vəziri vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button