İran

İran hökumətinin bəhailərə qarşı təzyiqləri davam edir

Kərəc şəhərinin İnqilab Məhkəməsi 11 bəhai barədə həbs və əlavə cəzalar barədə qərar çıxarıb.

Bəhailər “islam şəriyətinə qarşı təhqiramiz təbliğat”, “uşaqlar və yeniyetmələr arasında bəhai təriqətinin təbliği”, “yığıncaqıar təşkil etməklə ölkənin təhlükəsizliyinə xələl gətirmək”də ittiham olunublar.

İnqilab Məhkəməsi 11 bəhaiyə qarşı 7-25 ay arası həbs cəzası verməklə yanaşı, iş cərimə, ölkədən çıxışlarına qadağa, sürgün və ictimai fəaliyyətlərinin qadağan edilməsi kimi cəzalarda tətbiq edib.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır və onlar bütün sahələrdə ayrı-seçkiliklə üzləşirlər.

Related Articles

Bir cavab yazın

Back to top button