İran

Rəisi dövləti yenə Sepahın keçmiş fərmandehini vilayət başçısı təyin etdi

İranda İbrahim Rəisi dövlətində Sepah fərmandehlərinin əyalət başçısı təyin edilməsi prosesi davamı edir.

Aban ayının 30-da Sepahın İsfahan, Çaharmahal və Bəxtiyari bölgəsindəki keçmiş fərmandehi, Bəsic və Qeyri-amil Pədafənd Qurumunun müavini Qulaməli Heydəri dövlətin qərarı ilə Çaharmahal və Bəxtiyari bölgəsinə yeni vilayət başçısı təyin edilib.

Çaharmahal və Bəxtiyari bölgəsinə Sepahın keçmiş fərmandehinin vilayət başçısı təyin edilməsindən daha öncə Xorasan-e Rəzəvi, Doğu Azərbaycan, Qum, Hormozqan və Buşehr əyalətlərinə də Sepah fərmandehlərindən olan şəxslər əyalət başçısı olaraq təyin edilib.

Bildirək ki, İran dövləti mehr ayının 24-də Sepahın Doğu Azərbaycan əyaləti üzrə fərmandehi Abidin Xürrəmi və Sepahın Xorasan-e Rəzəvi əyaləti üzrə fərmandehi Yaqubəli Nəzərini sözügedən əyalətlərə yeni başçısı təyin edib.

Noyabrın 3-də isə dövlətin qərarı ilə Sepahın fərmandehi olan Muhəmmədtəqi Şahçıraği Qum vilayətinin başçısı postuna gətirilib.

Related Articles

Bir cavab yazın

Back to top button