İran

Ali Məhkəmədə Cəmşid Şarməhdin edam hökmü təsdiqlənib

Ali Məhkəmə İran əsilli Almaniya vətəndaşı, siyasi fəal Cəmşid Şarməhdin edama məhkum olunmasını təsdiqləyib.

Amnesty İnternational təşkilatı bildirir ki, Cəmşid Şarməhdin həbsi özbaşına baş verib və onun məhkəmə prosesi ədalətsiz olub.

22 fevralda, Cəmşid Şarməhdə edam hökmü çıxarıldığı bir vaxtda Almaniya Xarici İşlər Nazirliyi bu hökmə cavab olaraq İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz ünsürlər” kimi tanıyıb və Almaniyadan qovub.

Cəmşid Şarməhd Dubayda Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı İslam Respublikasının təhlükəsizlik agentləri tərəfindən qaçırılaraq İrana aparılıb. O, “terror hərəkətlərini planlaşdırmaq və yönləndirmək”də ittiham olunub.

Related Articles

Bir cavab yazın

Back to top button