İran

İranda bir ildə 267 nəfər edam edilib

Son bir ildə İranda 267 nəfər edam edilib. Bəzi amarlarda isə bu göstərici 289 nəfər olaraq qeyd olunub. Məsələ ilə bağlı İran İnsan Haqları Təşkilatının yaydığı raporda məlumat verilib. Belə ki, amar 20 mars 2020-ci ildən 20 mars 2021-ci ilədək olan müddəti əhatə edir. Edam edilənlər arasında hələ yetkinlik yaşına çatmamış 4 nəfərin olduğu bildirilib. Bundan başqa, edam olunanlardan birinin edamı başqa insanların gözü qarşısında həyata keçirilib. Məlumata görə, son 15 ildə ictimaiyyətin gözü qarşısında edam edilən şəxslərin sayı 1-dən çox olub.
Son bir ildə edam hökmünün çıxarıldığı şəxslərin sayı isə ötən illərlə müqayisədə çox artıb. Belə ki, 2019-cu ildə 374 nəfər edam cəzasına məhkum olunub. 2020-ci ildə isə bu rəqəm 622 nəfərə yüksəlib. İran İnsan Haqları Təşkilatının raporuna əsasən, Sistan-Bəluçistan və Kürdüstan əyalətlərində edam sayı son 2 illə müqayisədə 2 dəfə artıb.

Related Articles

Bir cavab yazın

Back to top button