
Atom Enerjisi üzrə Beynəlmiləl Ajansın müdiri Rafael Qrossi İran hakimiyyəti ilə imzalanan 3 aylıq tekniki anlaşmanın prinsiplərini açıqlayıb. Məlumata görə, anlaşma atomla ilgili fəaliyyətlərlə bağlı bütün məlumatların 3 ay ərzində İranda saxlanılmasına imkan yaradacaq. İranın Atom Enerjisi Təşkilatı da müvəqqəti anlaşmanın istəkləri barədə açıqlama verib. Bildirilib ki, İlhaqi Protokolun icrası və ajansın yoxlamaları isfəndin 5-dən etibarən tamamilə dayandırılır və yalnız İranın Padman öhdəlikləri yerinə yetiriləcək.
Təşkilatdan qeyd edilib ki, ölkə ilə ajans arasındakı razılaşma İranın bəzi atom təsisatlarında nəzarət fəaliyyətlərini əhatə edəcək.