İran

İran Məclisi Atom proqramı ilə bağlı anlaşmanı tənqid edib

İran Məclisinin nümayəndələri hökumətin Atom Enerjisi üzrə Beynəlmiləl Ajansla bağladığı anlaşmaya etiraz ediblər. Belə ki, məclis rəsmiləri bu anlaşmanın şübhəli olduğunu vurğulayıblar.
Xəbər verdiyimiz kimi, Atom Enerjisi üzrə Beynəlmiləl Ajansın müdiri Rafael Qrossi Tehrana səfəri zamanı 3 aylıq tekniki anlaşmanın imzalandığını açıqlayıb. İran Məclisinin Milli Güvənlik Komisyonunun başqanı Muctaba Zolnur isə bildirib ki, dövlət rəsmiləri bu üsulla məclis nümayəndələrində çaşqınlıq yaratmaq fikrindədir. O, bu anlaşmanın dərhal pozulmalı olduğunu diqqətə çatdırıb. Məsələyə Ərakın millət vəkili Məhəmməd Həsən Əsfəri də münasibət bildirib. Vəkilin sözlərinə görə, məclisin bu qərarına uymamaq suç hesab edilir.
İranın Xarici İşlər Vəzirliyinin sözçüsü Səid Xətibzadə isə deyib ki, sözügedən anlaşma məclis qərarları çərçivəsində imzalanıb və tekniki məsələ hesab edilir.

Related Articles

Bir cavab yazın

Back to top button