İran

Rafael Qrossi İranın nüvə təsisatındakı yoxlamalara bağlı danışıb

“Beynəmiləl Atom Enerjisi Ajansı tərəfindən İranın atom təsisatında aparılan yoxlamaların dayandırılması bu ölkəyə fayda verməyəcək”. Bunu ötən gün Beynəmiləl Atom Enerjisi Ajansının baş müdiri Rafael Qrossi deyib. “Atom proqramından nizami hədəflərə keçilməyəcəyi ilə bağlı dünyaya lazımi və mötəbər zəmanətlər vermək çox vacibdir. Biz indiki nigaranlığı başa düşürük. Başda İran özü olmaqla, bizim onlarla birlikdə apardığımız işi azaltmaq, məhdudlaşdırmaq və ya pozmaqdan heç bir qazanc əldə etməyəcək. İran Fəxrizadənin ölümündən sonra beynəlmiləl müfəttişlərin atom sahələrində yoxlama aparmasına qadağa qoyulması ilə bağlı hər hansı siqnal verməyib”,-deyə o, bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button