Cəmiyyətİqtisadiyyatİran

Ramazan bayramı ərəfəsində İranda xurmanın qiyməti kəskin bahalaşıb

İranda xurmanın qiyməti 6 dəfə bahalaşıb.

Aznews.tv-nin Trend-ə istinadən verdiyi məlumata əsasən, hal-hazırda  İran bazarlarında1 kq xurma 300-350 min riala (təxminən 7,14-8,33 dollar) satılır.

İranın Milli Xurma Assosiasiyasının katibi Əli Əsğər Musəvi deyib ki, xurma yığımı mövsümündə dəllallar hər 1 kq xurmanı sadəcə 15-30 riala (təxminən 0,35-0,71 dollar) təsərrüfatçılardan satın alır, sonrakı aylarda, əsasən də Ramazan ayında qiyməti süni şəkildə artırırlar.

1 kq xurmanın real qiyməti isə 40-50 min rialdır (təxminən 0,95-1,19 dollar).

Statistikaya əsasən, İranda 500-550 min ton xurma istifadə edilir. İran xurmasının əsas hissəsi dünya bazarlarına ixrac edilir.

Bazarda qiymətlərə nəzarət etməyin yollarından birini Xurma Fondunun yaradılması hesab edən mütəxəssisin sözlərinə görə, bu fond dəllalların müdaxiləsinin qarşısını alacaq və qiymətdə tarazlığa şərait yaradacaq.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button