İdman

“Real Madrid” klubu Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib

İspaniyanın “Real Madrid” klubu Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. Qrup mərhələsinin VI turunda evdə Almaniyanın “Borussiya” komandasını 2:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi 29-cu dəfə növbəti mərhələyə vəsiqə qazanıb. Komanda B qrupunu 10 xalla birinci pillədə başa vurub.
“Kral klubu”nun hücumçusu Kərim Benzama komandasının hər iki qoluna imza ataraq qrup mərhələsində 50-ci qoluna imza atıb. Fransalı forvard bu göstəriciyə görə İspaniya “Barselona”sında çıxış edən Lionel Messi və İtaliya “Yuventus”unun hücumçusu Kriştianu Ronalduya çatıb.

Related Articles

Bir cavab yazın

Back to top button