İran

“Rejimə qarşı təbliğat”da suçlandırılan güneyli jurnalist həbs olundu

Batı Azərbaycanın Qoşaçay şəhərindən olan mədəni fəal və “Miyandan press” xəbər portalının məsulu Mənuçehr Ağayi oktyabrın 27-də Məhkəmə Qərarlarının İcrası İdarəsinə müraciət etdikdən sonra saxlanılıb və Qoşaçay zindanına köçürülüb.

M.Ağayi mədəniyyət və media üzrə məhkəmə iclası keçirilmədən rejim əleyhinə təbliğat aparmaq ittihamı ilə 8 aylıq həbs cəzasına məhkum edilib.

O, mədəni və mətbuat sahəsində fəaliyyət göstərib və bölgənin İran parlimanındakı nümayəndəsi Mehdi İsazadənin təklifi ilə Qoşaçay mahalının iki ayrı mahala bölünməsinin müxaliflərindən olub.

Mənuçöhr Ağayi bundan öncə “twitter” hesabında etdiyi paylaşıma görə Qoşaçayın dövlət idarələrinin birinin başçısı tərəfindən çağrılaraq döyülmüşdü.

Media nümayəndəsi bundan öncə özünün ictimai şəbəkə hesabında etdiyi paylaşımda barəsində çıxarılan həbs qərarının səbəbini açıqlayıb.

Bildirib ki, bu qərarın çıxarılmasının səbəbi idarə etdiyi xəbər portalının şərh bölümündə oxucuların yazdığı fikirlər, özünün ictimai şəbəkədə etdiyi paylaşımlar olub.

Related Articles

Bir cavab yazın

Back to top button