İran

“Reuters”: Amerika Gəmiçilik İdarəsi İran neftini daşımaq ittihamı ilə iki tankerin lisenziyasını ləğv edib

"Reuters" xəbər ajansı məlumat yayaraq bildirib ki, Amerikanın Gəmiçilik İdarəsi İran neftini daşıması ittihamı ilə iki neft tanekerinin təhlükəsizlik və ətraf mühitlə bağlı lisenziyalarını ləğv edib.

“Aznews tv”ın xəbərinə görə, məlumatda eyni zamanda qeyd olunub ki, “Nüvə Silahlı İrana Qarşı Birlik” ötən ilin dekabr ayında Amerika Gəmiçilik İdarəsinə Panama bayrağı ilə üzən “Caro” və Braziliya bayrağı altında üzən “Elsa” gəmiləri də daxil olmaqla bir neçə gəminin İran neftinin daşınmasında əli olması barədə xəbərdarlıq edib.

Amerika Gəmiçilik Təşkilatının lisenziyası olmadan gəmilər sığorta təminatı ala bilməyəcəklər.

Məlumatda sonda əlavə edilib ki, İran və Venesuela kimi ölkələrin Amerikanın sanksiyalarından yayınmağa cəhdlərindən sonra dünyanın böyük gəmiçilik şirkətləri təlimatlarını sərtləşdirməklə sanksiya ilə bağlı mümkün pozuntuların qarşısını almağa çalışırlar.

Related Articles

Bir cavab yazın

Back to top button