Azərbaycan

Reza Diqqəti Kəlbəcərə gedib, jurnalistlərin şəhid olduğu ərazidən görüntülər paylaşıb

Məşhur fotojurnalist Reza Deqati Kəlbəcərə səfər edərək, ikisi jurnalist olmaqla Azərbaycanın 3 qeyri-nizamisinin minə düşərək şəhid olduğu əraziyə baş çəkib.
O, eləcə də olayla bağlı instaqram səhifəsində yazıb.
Diqqəti bildirib ki, iki azərbaycanlı jurnalist ermənilərin Qarabağda yerləşdirdikləri milyonlarla mindən birinə düşərək şəhid olublar: “Ermənilər nizami məğlubiyyətdən sonra bölgəni tərk etməzdən öncə ərazilərə minlərlə min yerləşdiriblər. Bütün uluslararası müqavilələrə və Jenevr Konvansiyonuna zidd olaraq Ermənistan hökuməti min sahələrinin nəqşələrini verməkdən imtina edir, bununla da yüzlərlə insanın, özəlliklə də qeyri-nizamilərin ölümünə və şikəst olmasına, eləcə də bölgənin yenidənqurulması və məcburi köçkünlərin geri qayıtması prosesinin ləngiməsinə səbəb olur”.
Fotoqrafın minə düşərək partlayan “KamAz”ın paylaşdığı videonu 1 saat ərzində 30 min nəfərdən çox insan izləyib.

Related Articles

Bir cavab yazın

Back to top button