
Amerikanın Birləşmiş Millətlər Təşkilatındakı müvəqqəti nümayəndəsi İrana bağlı silahlı qruplaşmalarla mübarizə aparmağın vacibliyini bildirib. Riçard Mills İranın İraqda düzəni pozmaqla ilgili gördüyü işlərin qarşısının alınmasını istəyib.
Əmniyyət Şurasında çıxış edən Mills radikal örgütlərin İraqın güvənliyinə zərər verdiyini vurğulayıb. Amerika rəsmisi bu qruplaşmaların İraqdakı 2021-ci il seçkilərinə zərər verə biləcəyinə diqqət çəkib.
Ölkəyə xarici sərmayənin cəlb edilməsinə də maneə olduğunu qeyd edib.